Daha əvvəl Frontier serialında birlikdə çalışan Ceyson Momoa (Jason Momoa) və Netflix, bir intiqam hekayəsini mövzu götürən "Sweet Girl" filmi üçün yenidən bir araya gəlir. Game of Thrones serialındakı Khal Drogo rolu ilə yaddaşlara həkk olunan, DC Genişləndirilmiş Kainatının "Akvamen"i (Aquaman) olaraq adından söz etdirən Ceyson Momoa (Jason Momoa), davamlı olaraq eyni tərz filmlərdə rol almasına rəğmən doğru proyektlər seçməsilə adını geniş kütlələrə eşitdirən bir aktyordur. Eyni zamanda serial dünyasından da uzaq qalmayan Momoa, sektorun hər sahəsində aktiv olmaq üçün əlindən gələni edir.
Bu mənada aktyor, keçən il "Akvamen" (Aquaman) filminin yanında Netflixin tərkibində ekrana gələn Frontier serialının 3-cü sezonu ilə qarşımıza çıxdı. Karyerasının ən sıx dövrünü yaşayan Momoa, yeni bir Netflix proyektinin baş rolunda yer almağa hazırlanır.
Ceyson Momoanın (Jason Momoa) baş rolunda yer alıb, prodüserliyini üstlənəcəyi "Sweet Girl" adlı bu film, Frontier komandası ilə eyni çatı altında toplayır. Momoa’lı 2018-ci il istehsalı "Əjdaha" (Braven) filminin görüntü rejissoru, eyni zamanda serialının prodüseri Brian Andrew Mendoza, "Sweet Girl"un rejissor kürsüsündə oturur. Philip Eisner və The Book of Henry’nin ssenaristi Gregg Hurwitz filmin ssenarisini qələmə alır.
Momoa, filmdə həyat yoldaşını öldürənlərdən intiqamını almağa və qızını qorumağa çalışan bir xarakteri canlandıracaq. Netflix ilə yenidən çalışacağı üçün olduqca həyəcanlı olduğunu söyləyən Momoa, bu film üçün istədiyi komandanı bir araya gətirdiyini vurğuladı. Adi bir mövzuya sahib olan filmin Netflix’te nə vaxt yayımlanacağı hələ məlum deyil.