Ceyson Momoa

Ceyson Momoa

Aktyor, prodüser

BİOQRAFİYA
Ceyson Momoa 1 avqust 1979-cu ildə Havay ştatının Honolulu şəhərində (ABŞ) anadan olub. Daha sonra anası ilə birlikdə Ayova ştatına köçür. Kollecin sonuncu kursunda o, təhsilini donduraraq yenidən Havay ştatına geri qayıdır. Dünya şöhrətli dizayner Takeo onu “kəşf” edir və model kimi işləməyə dəvət edir. 1999-cu ildə Ceyson Havayda "İlin modeli” tituluna layiq görülüb. Elə həmin ildə aktyor karyerasına başlayır, “Malibu xilasediciləri” serialının 10 və 11-ci mövsümlərində çəkilib. 2004-cu ildə onun iştirakı ilə “Consonlar ailəsinin tətilləri” filmi ekranlara çıxır. 2005-ci ildən “Ulduz qapısı: Atlantida” teleserialında Ronan Deks rolunda çəkilir. 2007-ci ildə Cordan Alanın “Pipeline” filmində rol alan aktyor, 2010-cu ildən çəkilişləri başlayan “Taxt-tac oyunu” serialında rol alır. Serial fantaziya məhsulu olan krallıqda hakimiyyət uğrunda gedən amansız mübarizədən bəhs edir. 2016-cı ildə Ceyson “Sərhəd” serialına çəkilir. 2018-ci ildə ekranlara çixan “Əjdaha” filmində baş rolla yanaşı, prodüser kimi də iştirak edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Momoa

 

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç