"Halloween" Seriyasına İki Yeni Davam Filmi Çəkilir!

25 Iyul, 2019


Halloween seriyasına "Devid Qordon Qrin"in (David Gordon Green) rejissoru olacağı, Jamie Lee Curtis‘in baş rolunda yer alacağı Halloween KillsHalloween Ends adında iki yeni davam filmi gəlir. "Halloween Kills"in, 16 noyabr 2020-ci ildə; "Halloween Ends"in, 15 noyabr 2021-ci ildə premyerası olacaq.

Keçən il premyerası olan, Jamie Lee Curtis‘in uzun müddətdən sonra Laurie Strode roluna geri qayıtdığı Halloween; 1978-ci ildə orijinal filmə sayğı duruşunda durub, ürküdücü bir çox səhnəyi özündə birləşdirən və gözləntiləri tam anlamıyla qarşılayan yaxşı bir davam filmi olmuşdu. "Devid Qordon Qrin"in (David Gordon Green) rejissor kürsüsünə oturduğu, "Qrin"in Danny McBride ilə birlikdə ssenarisini qələmə aldığı film, ruhi xəstəxanadan qaçan Michael Myers’ın 40 il aradan sonra Laurie Strode’un izinə düşməsini mövzu götürürdü.

2 New Halloween Movies, Halloween Kills and Halloween Ends, Coming in 2020 and 2021 ile ilgili görsel sonucu

John Carpenter‘ın həm aparıcı prodüserliyini üstlənib, həm də musiqilərini bəstələdiyi film, 10 milyon dollarlıq büdcəsinə qarşılıq dünya miqyasında 250 milyon dollarlıq kassa gəliri əldə etdi. Bu uğurdan sonra, yeni Halloween filmlərinin çəkilməsinin önünü açdı.

Keçən ay filmin prodüserlərindən Ceyson Blumental (Jason Blum) və Jamie Lee Curtis, bir araya gəlmiş və yeni bir Halloween filminin çəkilə biləcəyi yönündə diqqət çəkici bir Tweet paylaşmışlardı. Hətta filmin pərdə arxasında iki Halloween filminin çəkiləcəyinin və bu filmlərin arxa-arxaya çəkilib bir il arayla premyerası olacağı gözlənilirdi. Nəhayət bu vəziyyət açıqlıq qazandı. Universal Pictures’ın paylaşdığı bir video, Halloween seriyasının gələcəyini müəyyənləşdirdi.

2 New Halloween Movies, Halloween Kills and Halloween Ends, Coming in 2020 and 2021 ile ilgili görsel sonucu

Blumhouse Productions və Universal Pictures’dan, Halloween seriyasına Halloween KillsHalloween Ends adında iki yeni davam filmi gəlir. Arxa-arxaya çəkiləcək bu iki filmin rejissorluğunu "Devid Qordon Qrin" (David Gordon Green) üstlənəcək. John Carpenter isə bir öncəki filmdə olduğu kimi bu filmlərə prodüser olaraq töhfəsini verəcək.

Halloween Kills, 16 noyabr 2020-ci ildə premyerası olacaq. Scott Teems, "Devid Qordon Qrin" (David Gordon Green) və Danny McBride ilə birlikdə bu filmin ssenarisini qələmə alacaq. Halloween Ends isə 15 noyabr 2021-ci ildə izləyicilərin ixtiyarına veriləcək. Chris Bernier"Devid Qordon Qrin"lə (David Gordon Green) Manglehorn filmində birlikdə işləyən Paul Brad Logan, bu filmin ssenarist komandasına daxil oldu. Dörd nəfərlik bir ssenari qrupunu özündə birləşdirən film, Halloween seriyasının son filmi olacaq kimi görünür.

Laurie Strode’un qızı və nəvəsi olaraq qarşımıza çıxan Cudi Qrir (Judy Greer) və Andi Matichak‘ın yenidən eyni xarakterləri canlandırmaq üzrə rollarına geri qayıtması gözlənilir. Bu iki filmin aktyor heyətində yer alacaq digər adlar isə hələ açıqlanmayıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər