Devid Qordon Qrin
Rejissor, ssenarist, prodüser, aktyor
Devid Qordon Qrin 9 aprel 1975-ci ildə ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərində dünyaya göz açıb. Uşaqlığı Texas ştatının Riçardson şəhərində keçib. Ailədə dörd uşaqdan biri olub. Anası Jann Enn Lamaz metodu üzrə təlimatçı olub, atası Hübert Qordon Qrin-kiçik tibb məktəbinin dekanb olub. Devid 1998-ci ildə Şimali Karolina İncəsənət Məktəbini btiirib. Orada kinorejissura üzrə bakalavr diploma alıb. İlk qısametrajlı fillmlərini 90-cı illərin ikinci yarısında çəkib. 2000-ci ildə isə ilk tammetrajlı filmi ekranlara yol tapıb. Söhbət tənqidçilərin müsbət rəyini qazanmış və bir sıra kinofestivallarda nümayiş olunan “Corc Vaşinqton” filmindən gedir. Rejissorun digər əlamətdar filmləri arasında “Uçqun şahzadəsi” («Prince Avalanche»), “Əlahəzrət” («Your Highness»), “Ananas ekspresi” («Pineapple Express»), “Bütün ceyran qızlar” («All the Real Girls») filmləri yer alır. 2013-cü ildə “Uçurum şahzadəsi” filminin rejissurasına görə Berlin kinofestivalıdna “Gümüş ayı” mükafatı ilə təltif olunub. Venetsiya kinofestivalında isə onun “Co” adlı ekran əsəri Kristofer Smiters Fondunun xüsusi mükafatını qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/david_gordon_green/