"Malefisenta 2" Filmindən Yeni Treyler Yayımlandı!

12 Iyul, 2019

2014-cü ildə premyerası olan Malefisentanın Ancelina Coli (Angelina Jolie) və El Fenninqli (Elle Fanning) davam filmi "Malefisenta 2"dən (Maleficent: Mistress of Evil) yeni treyler yayımlandı. Hoakim Ronninqin (Joachim Rønning) rejissoru olduğu film, 18 oktyabrda premyerası olacaq.

“Yatmış gözəl” hekayəsinin mənfi xarakteri olan Malefiz’i bir anti-qəhrəmana çevirən Maleficent, 2014-cü ildə premyerası oldu və filmsevərlər tərəfindən maraqla qarşılandı. Xüsusilə Ancelina Colinin (Angelina Jolie) performansıyla diqqət çəkən film, dünya miqyasında 758.5 milyon dollar kassa gəliri əldə edərək, böyük uğur qazandı. Ona görə də davam filmi çəkilməsi də qaçınılmaz oldu.

Похожее изображение

Ancelina Colinin (Angelina Jolie) yenidən Malefiz’ə həyat verdiyi "Malefisenta 2" (Maleficent: Mistress of Evil), bu il filmsevərlərin ixtiyarına veriləcək. İzləyiciləri ilk filmdə yaşanan hadisələrin illər sonrasına aparacaq olan "Malefisenta 2"  üçün tanıtım işlərinə sürət verən Disney, filmdən yeni bir treyler yayımladı.

Ancelina Colinin (Angelina Jolie) yenidən Malefiz xarakteri ilə filmsevərlərin qarşısına çıxacağı filmdə El Fenninq (Elle Fanning) də şahzadə Aurora rolu ilə geri qayıdır. Kon-Tiki"Karib dənizinin quldurları: Ölülər nağıl danışmırlar" (Pirates of the Caribbean: Dead Men Tell No Tales) kimi filmlərlə tanınan Hoakim Ronninqin (Joachim Rønning) rejissorluğunu üstləndiyi filmin aktyor heyətində Ancelina Coli (Angelina Jolie) və El Fenninqlə (Elle Fanning) yanaşı Mişel Pfayffer (Michelle Pfeiffer), Çivetel Eciofor (Chiwetel Ejiofor), Harris Dickinson, Warwick Davis, Ed Skerin, İmelda Stonton (Imelda Staunton), Lesli Menvill (Lesley Manville), Cuno Templ (Juno Temple) kimi adlar iştirak edir.



Malefiz və şahzadə Aurora’nın qarmaşıq münasibətləri inkişaf etməyə davam edərkən, ikilinin sehrli Moors diyarını təhdid edən yeni təhlükələrlə üzləşməsi lazım olacaq. Bir də buna şahzadə Aurora’nın gənc bir şahzadə ilə evlənmək istəməsi əlavə olununca, Malefiz və şahzadə Aurora arasındakı münasibət daha da qarmaşıq bir hal alacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər