Yeni “Çarlinin Mələkləri” Filmindən İlk Treyler Yayımlandı!

06 Iyul, 2019

Aktrisa kimliyi ilə tanıdığımız Elizabet Benksin (Elizabeth Banks) rejissor kürsüsünə oturduğu, Kristen Stüart (Kristen Stewart), Ella BalinskaNaomi Skottun (Naomi Scott) mələkləri canlandırdığı "Çarlinin mələkləri"ndən (Charlie’s Angels) ilk treyler yayımlandı.

1970-ci illərin eyniadlı televiziya serialından filmə adaptasiya olunan, Kemeron Diaz (Cameron Diaz), Drü Berrimor (Drew Barrymore) və Lüsi Lyulu (Lucy Liu) "Çarlinin mələkləri" (Charlie’s Angels) seriyası, iki filmlə macərasını nöqtələmişdi. Bu seriyadan illər sonra prodüser şirkəti Sony, seriyayı yeni aktyorlarlarla davam etdirməyə qərar verdi. Uzun müddət davam edən  arama çalışmalarından sonra Kristen Stüart (Kristen Stewart), Ella BalinskaNaomi Skottun (Naomi Scott) yeni mələkləri canlandıracağı açıqlandı.

Картинки по запросу 'Charlie's Angels' official trailer shows Kristen Stewart

Kristen Stüart (Kristen Stewart), olacaqları əvvəlcədən hiss etmə baxımından peşəkar olan Sabina Wilson’ı canlandırarkən, Ella Balinska, keçmiş MI6 çalışanı Jane Kano’ya həyat verəcək. Son olaraq Naomi Skott (Naomi Scott) da qrupun beyni olan, MIT’de təhsil almış alim Elena Houghlin olaraq filmdə yer alacaq.

Картинки по запросу 'Charlie's Angels' official trailer shows Kristen Stewart

Bu il filmsevərlərin ixtiyarına veriləcək yeni "Çarlinin mələkləri" (Charlie’s Angels) filmi üçün tanıtım işlərinə sürət veren Sony, filmdən ilk treyleri yayımladı. Son dövrdə diqqətçəkici proyektlərdə rol alan Kristen Stüart (Kristen Stewart) bu filmdə mələklərdən birini canlandırmağı qəbul etmiş olması proyektə dair ümidlərimizi artırmış olsa da, yayımlanan bu ilk treyler alışılmış bir kəskin filmin bizləri gözlədiyini düşündürür.



Macəradan macəraya qaçacaq yeni mələklərimizlə yanaşı Noah Centineo, Sem Klaflin (Sam Claflin), Conatan Taker (Jonathan Tucker), Cimon Honsu (Djimon Hounsou) və usta aktyor Patrik Stüart (Patrick Stewart) iştirak edir. Filmin rejissor kürsüsündə isə aktyor kimliyi ilə tanıdığımız Elizabet Benks (Elizabeth Banks) oturur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər