“The Current War” Filmindən Yeni Treyler Yayımlandı!

03 Iyul, 2019


Benedikt Kamberbetç (Benedict Cumberbatch), Maykl Şennon (Michael Shannon), Nikolas Holt (Nicholas Hoult) kimi adların aktyor heyətində yer aldığı, Thomas Edison ilə George Westinghouse arasındakı rəqabətə hədəflənən "The Current War"dan yeni treyler yayımlandı. Harvi Vaynşteynin (Harvey Weinstein) şirkətinin iflas etməsi səbəbi ilə premyerası ləngiyən "The Current War"un, ABŞ-da 4 oktyabrda premyerası gözlənilir.

"İmitasiya oyunu"nda (The Imitation Game) ingilis riyaziyyatçı Alan Turing’i, "Beşinci hakimiyyət"də (The Fifth Estate) Wikileaks’in qurucusu Julian Assange’ı canlandıran Benedikt Kamberbetç (Benedict Cumberbatch), yenidən tarixdə iz buraxmış bir simaya həyat verərək filmoqrafiyasını çeşidləndirməyə davam edir. İstedadlı aktrisa, beynəlxalq festivalların rəğbətini qazanan Me and Earl and the Dying Girl‘ün rejissoru Alfonso Gomez-Rejon‘un yeni filmi "The Current War"da Thomas Edison olaraq qarşımıza çıxır.

Картинки по запросу The Current War Trailer: Edison vs. Westinghouse & Tesla

Ən son The Little Drummer Girl serialında izləyicilərin qarşısına çıxan istedadlı aktyor Maykl Şennon (Michael Shannon) isə elektrik verilməsində alternativ axın istifadə edilməsinə öncülük edən George Westinghouse’a həyat verir. Film, satışa çıxarıla bilən bir elektrik sistemi tapmaq üçün yarışan Thomas EdisonGeorge Westinghouse arasındakı rəqabətə hədəflənir. İkili ilə yanaşı Nikolas Holt (Nicholas Hoult), Tom Holland, Tuppence Middleton, Matthew Macfadyen, Ketrin Uoterston (Katherine Waterston) kimi adlar iştirak edir.



Benedikt Kamberbetç (Benedict Cumberbatch) və Maykl Şennonlu (Michael Shannon) "The Current War" mükafat sezonunda premyerası olacaq. "The Current War", dünya premyerasını 2017-ci ildə 42-ci Toronto Film Festivalında etməsinə rəğmən iki il sonra izləyicilərin ixtiyarına veriləcək. Bunun səbəbi isə Hollivudda səksəndən çox qadına təcavüz edən, Akademiyadan atılan və öz şirkəti də daxil olmaqla bir çox qurumdan qovulan Harvi Vaynşteynin (Harvey Weinstein) təcavüz skandalının gün üzünə çıxmasıdır. Yaşanan bütün bu irəliləyişlərdən sonra Harvi Vaynşteynin (Harvey Weinstein) şirkətinin iflas etməsi səbəbi ilə "The Current War"un premyeraı mümkün olmadı. Aktyor heyəti ilə gözləntiləri yüksəldən filmin, 11 oktyabrda, yəni tam da mükafat sezonunda ABD-da premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər