Harvi Vaynşteyn

Harvi Vaynşteyn

Prodüser

BİOQRAFİYA

Harvi Vaynşteyn 19 mart 1952-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Harvi Vaynşteyn yəhudi ailəsində böyüyüb. "John Bowne High School" məktəbini bitirdikdən sonra Nyu-York Universitetinə daxil olur. Harvi qardaşı Bobla birlikdə rok konsertlərə təşkilatçılıq edirdi. 1979-cu ildə konsert təşkilatçılığından əldə etdikləri gəlirə valideynləri Miriam və Maksın şərəfinə adlandırdıqları “Miramax” kino şirkətini təsis edirlər. 1993-cü ildə “The Walt Disney Company” Vaynşteyn qardaşlarına 60 milyon dollar dəyərində “Miramax” şirkətini satın almağı təklif edir. Qardaşlar razılıq verirlər, lakin bir şərtlə ki, şirkətin rəhbəri olaraq qalacaqlar. Şirkət 100-ə yaxın populyar və kommersiya cəhətdən gəlirli, eləcə də mötəbər mükafatlara layiq görülmüş filmlər istehsal edib. Corcina Çapmanla evlidir, iki övladı var. Harvi “Ağıllı Uill Hantinq”, “Aşiq Şekspir”, “Nyu-Yorkun quldurları”, “Üzüklər hökmdarı” trilogiyası, “Çikaqo”, “Aviator”, “Ekvilibrium”, “Şərəfsiz it uşaqları”, “Kriminal qiraət”, “İngilis xəstəsi”, “Haray”, “Ceyn Eyr”, “Soyuq dağ”, “Günahlar şəhəri”, “Sehrli ölkə”, “Duman”, “Rembo” və bir çox onlarla məşhur filmlərə prodüserlik edib. 2017-ci ildə aktrisa Eşli Cadd bəyan edir ki, Harvi Vaynşteyn ona seksual təcavüz edib. Bundan sonra "The Weinstein Company"nin direktorlar şurası bildirib ki, Harvinin bu şirkətlə artıq əlaqəsi yoxdur. Onun seksual "ilişmələri"ndən Qvinet Peltrou, Ancelina Coli və ümumilikdə 80-ə yaxın aktyor şikayət edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Harvey_Weinstein

 

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç