"Forsaj: Hobbs və Şou"dan Son Treyler Yayımlandı!

02 Iyul, 2019

Dueyn Conson (Dwayne Johnson) və Ceyson Steytemin (Jason Statham) baş rolunda iştirak etdiyi "Forsaj: Hobbs və Şou"dan premyera öncəsi son treyler yayımlandı. Verilən treylerdə böyük ekranın uzunmetrajlı kəskin seriyası "Forsaj: Hobbs və Şou"nun sevilən xarakterləri Luke Hobbs və Deckard Shaw, pis adamlarla mübarizə aparmağa hazır kimi görünürlər.

Картинки по запросу Fast & Furious Presents: Hobbs & Shaw Final Trailer Brings on the Action

Maraqla gözlənilən filmin mövzusu isə belədir: Cüssəli qanun adamı Hobbs Amerika Diplomatik Mühafizə Xidmətinə son dərəcə sadıq bir insandır. Shaw isə qanunları pozan keçmiş ingilis əsgəri əməliyyat üzvüdür. Bildiyimiz kimi Hobbs və Shaw xarakterləri Fast and Furious 7 filmində ilk dəfə bir araya gəldiklərində bir-birlərinin işini bitirməyə çalışmış və yalnızca bir-birlərinə fiziki güc göstərmişdilər. Ancaq filmin mənfi qəhrəmanı olan kiber-genetik tövsiyyələrlə inkişaf etdirilən anarxist Brixton ortaya çıxtığı zaman, ikilimiz işbirliyi etmək məcburiyyətində qalacaq. İnsanlığı bir növ bioloji təhlükə altında buraxan Brixton, insanlığı sonsuza qədər dəyişdirmək istəyir. Bu böyük mübarizədə Hobbs və Shaw'a kömək edəcək ad isə bir M16 agenti və Shaw'ın bacısı olan Hattie Shaw olacaqdır...



Hollywood'un ən sevilən ulduzlarından Dueyn Conson (Dwayne Johnson) və yaraşıqlı aktyor Ceyson Steytemin (Jason Statham) bu dəfə birlikdə çalışacağı spin-off filminin aktyor heyətində də bir xeyli zəngindir. Thor seriyası, mükafatlı serial Luther, The Wire serialı, və "Star Trek: Sonsuzluq" kimi proyektlərdə izlədiyimiz “Qızıl Kürə” mükafatlı İdris Elba (Idris Elba), filmin pis adamı olaraq qarşımıza çıxarkən, "Dedpul 2" (Deadpool 2) qarşımıza çıxan Eddi Marsan (Eddie Marsan), “The Crown” serialının “Emmi” mükafatına namizəd ulduzu Vanessa Kirby və “Tam Gaz”dan tanıdığımız Eiza González də filmin aktyor heyətində yer alır.

Похожее изображение

Bol ulduzlu filmin rejissorluğunu "Con Uik" (John Wick), “Sarışın Bomba”"Dedpul 2" (Deadpool 2) filmlərindən tanıdığımız peşəkar kəskin janrlı film rejissoru David Leitch üstlənir. Ssenarisinə isə seriyanın bir çox filmində imzası olan ssenarist Kris Morqan (Chris Morgan) imza atır.

The Hashtag Show'un yaydığı şaiyələrə görə, filmdə ikinci bir pis xarakter yer alır. Bu xarakteri canlandıran adam olaraq isə Matrix seriyası, Bill & Ted seriyası və "Con Uik" (John Wick) seriyasının ulduz aktyoru Kianu Rivzin (Keanu Reeves)   adı keçir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər