Sidni Pollak

Sidni Pollak

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Sidni İrvin Pollak 1 iyun 1934-cü ildə ABŞ-ın İndiana ştatının Lafayett şəhərində anadan olub. Valideynləri Odessadan olan yəhudi mühacirlərdir. 1950-ci illərdə “Neighborhood Playhouse School of the Theater” teatr məktəbində oxuyub. Hərbi xidməti bitirdikdən sonra Brodvey tamaşalarında, telepyeslərdə iştirak edib, aktyorluq sənəti fənnindən dərs deyib. İlk rejissor işi 1965-ci ilə təsadüf edir: “Nazik sap” filmini lentə alıb. Rejissor olaraq ona beynəlxalq şöhrəti “Atları güllələyirlər, elə deyilmi” filmi gətirib. Ekran əsəri 30-cu illərin Böyük Depressiya dönəmlərində keçirilən rəqs marafondan bəhs edir. Filmə Ceyn Fonda və Qiq Yanq kimi aktyorlar çəkilib. Sonuncu oynadığı rola görə “ən yaxşı ikinci plan aktyor” nominasiyasında “Oskar” mükafatı qazanıb. 1973-cü ildə Barbara Streyzand və Robert Redfordun iştirakı ilə “İki ürəyin görüşü” dramını lentə alıb. Digər əlamətdar əsərləri arasında “Yakudza” və “Kondrun üç günü” adlı siyasi trilleri misal göstərmək olar. “Afrikadan” (1985) dramına görə "Oskar" mükafatı qazanıb, “Tutsi” (1982) komediyasına görə isə “Oskar” mükafatına namizəd olub. 1993-cü ildə Con Qrişemin romanı əsasında “Firma” (Tom Kruzun iştirakı ilə) trillerini lentə alır. 1990-cı illərdə başlıca olaraq prodüser kimi fəaliyyət göstərib. Vudi Allenin “Ərlər və arvadlar” filminı, Stenli Kubrikin ölüm qabağı, qalmaqallı “Bərk bağlı gözlərlə” erotik trillerinə çəkilib. Sidni Pollak 26 may 2008-ci ildə 73 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BB%D0%BB%D0%B0%D0%BA,_%D0%A1%D0%B8%D0%B4%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç