Cuno Templ

Cuno Templ

Aktrisa

BİOQRAFİYA

Cuno Vayolet Templ 21 iyul 1989-cu ildə Londonda (İngiltərə) prodüser Amanda Piri və rejissor Cullian Templın ailəsində anadan olub. Qızlarını Böyük Kanyonda yerləşən məşhur qayalardan birinin şərəfinə belə adlandırıblar (Juno Temple). Dünyaya gəlməsindən bir müddət sonra ailəsi Amerikaya köçür. Cuno həyatının 4 ilini ABŞ-da keçirir. Sonradan ailəsi ilə birgə İngiltərəyə qayıdır. Uşaqlığı Somerset qraflığında keçib. Tonton kral kollecini bitirib. Müğənni Kid Harpunun “Milkmaid” adlı mahnısının klipində, həmçinin "Plushgun" qrupunun “Just Impolite” adlı mahnısının klipində görüntülənib. “Cek və Diana” filmində lesbiyan yeniyetmə rolunu oynayıb. Filmtəqdiçilərin rəğbətini qazanmayıb və Rotten Tomatoes saytında aşağı reytinq göstəricisi əldə edib. Elə həmin il rejissor Kristofer Nolanın “Betmen” triologiyasının sonuncu filmi olanda “Qara sərkərdə: Əfsanənin yüksəlişi” filmində kiçik rol alıb. 2013-cü ilin əvvəlində “Milyonçu olmağın asan təlimatı” adlı qara komediyasına çəkilib. Həmin il bir neçə reytinqli filmdə də rol alır: pornoaktrisa Lindi Lavleys haqqında “Lavleys” bioqrafik dramı, “Buynuzlar” adlı trilleri və “Günahlar şəhəri” nuar dramının sikveli sayılan “Günahlar şəhəri: Uğrunda öldürməyə layiq olan qadın” filmi. Həmçinin “Malefisenta” fentezi filmində Ancelina Coli ilə birlikdə baş rola çəkilib. Daha sonra Conni Deppin baş rolda oynadığı “Qara Messa” bioqrafik filmində ikinci dərəcəli rol alıb. Daha çox “Çatlar”, “Daha bir Boleyn” və “Günahın təmizlənməsi” filmlərində oynadığı rollarla məşhurlaşıb. 2013-cü ildə “Yüksələn ulduz” nominasiyasında BAFTA mükafatının qalibi olub. Şəxsi həyatına gəlincə 2014-2016-cı illərdə “Milyonçu olmağın asan təlimatı” filminin çəkilişlərində tərəf-müqabili olmuş aktyor Maykl Anqarano ilə görüşüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Juno_Temple

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç