Aleksey Muravlyov

Aleksey Muravlyov

Bəstəkar

BİOQRAFİYA

Aleksey Alekseyeviç Muravlyov 1981-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar incəsənət xadimi adını qazanıb. Kinematoqraflar İttifaqı və Bəstəkarlar İttifaqının üzvü olub. 1949-cu ildə İkinci Dərəcəli Stalin Mükafatı laureatı olub. Anası Yevgeniya Vyaçeslavovna Tiflis konservatoriyasında işləyib, atası elektrik-mühəndisi olub. Kiçik qardaşı Yuriy (1927-2012) pianoçu və Moskva Konservatoriyasının professoru olub. Uşaqlığından musiqiyə həvəsi olub. Q.M. Rimski-Korsakovun tələbəsi olub, ondan musiqi və kompozisiya nəzəriyyələrini öyrənib. 1938-ci ildə gələcək bəstəkar Leninqrad konservatoriyası nəzdində fəaliyyət göstərən onillik məktəbə daxil olub. A.P. Qladkovski onun pedaqoqu olub. Qladkovskinin sinfində Muravlyov P.İ.Çaykovskinin xatirəsinə trio üçün romans bəstələyir. Daha sonra Muravlyov konservatoriyanın eyni vaxtda iki fakültəsi – bəstəkarlıq və fortepiano fakültəsinə daxil olur. Kompozisiya üzrə M.P. Frolovdan dərs alır, fortepiano müəllimi isə pianoçu N.İ.Qolubovski olur. 1942-ci ildə imtahanda ifa olunan sim kvartetinə görə 18 yaşlı Muravlyov bəstəkarlar ittifaqının üzvlüyünə qəbul olunub. Beləcə adı çəkilən ittifaqın ən gənc bəstəkarına çevrilir. 1967-ci ildən Moskva Dövlət Mədəniyyət İnstitutunda dərs deyib, 1972-ci ildən Rusiya Musiqi Akademiyasının kompozisiya kafedrasında çalışıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%83%D1%80%D0%B0%D0%B2%D0%BB%D1%91%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B9_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87
FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç