Dikon Hinçliff

Dikon Hinçliff

Bəstəkar

BİOQRAFİYA

Dikon Hinçliff 9 iyul 1967-ci ildə anadan olub. Britaniyanın “Tinderstics” qrupunun təsisçilərindən biridir. Qrupun tərkibində skripka və klavişli alətlərdə ifa edib, həmçinin orkestr aranjemançısı olub. Bəstəkar olaraq daha çox bədii və televiziya filmləri və seriallar üçün musiqi yazır. Kinoda fransız rejissor Kler Deni ilə sıx əməkdaşlıq edir. Rejissorun “Nenett və Boni” və “Uğursuz başlayan gün” kimi filmlərinin saundtreklərinin müəllifidir. 2004-cü ildə “Qəmginliyin 40 çaları” adlı filmə saundtrek yazıb. Həmin film 2005-ci ildə Sandens Festivalında jürinin Qran-Pri mükafatını qazanıb. Elə həmin il Meggi Smit, Rovan Atkinson və Kristin Skottun iştirakı ilə “Sus” komediyasının musiqisini bəstələyib. 2007-ci ildə Pirs Brosnanın çəkildiyi “Ailə həyatı” filminin saundtreklərinin müəllifi olub. Son işlərinə "How to Build a Girl" (2019), “Above Suspicion” (2018), “Beni qaytarmalı” (2018) filmlərinə yazdığı musiqi daxildir. Daha çox “Cəhənnəmdən gələn” (2013), “Lok” (2013) və s. filmlərin bəstəkarı kimi tanınır. Karyerası ərzində ümumilikdə 35 film və seriala bəstəkarlıq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino-teatr.ua/person/hinchliffe-dickon-3265.phtml

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç