Luis Qusman

Luis Qusman

Aktyor

BİOQRAFİYA

Luis Qusman 28 avqust 1956-cı ildə Puerto-Rikonun Kayeye şəhərində anadan olub. Uşaqlığı Nyu-Yorkun Qrinviç-Villic rayonunda keçib. Anası Roza xəstəxanada işləyib, atalığı Benhamin Kardona televizor ustası olub. Nyu-York şəhər kollecinin məzunudur. Karyerasına aktyor olaraq deyil, sosial işçi kimi başlayıb. Kinokaryeraya aparan yolu teatr səhnəsindən keçib. Fəaliyyətinin ilk illərində küçə teatr tamaşaları və müstəqil filmlərdə çıxış edib. Əsasən kriminal filmlərdə mənfi obrazları canlandırır. Son illər baş rollara çəkilməyə başlayıb. Rejissor Stiven Soderberqin favorit aktyorlarındandır. Onu “Nəzər nöqtəsindən kənarda”, “İngilis”, “Traffik” kimi reytinqli filmlərinə çəkib. Eyni zamanda rejissor Pol Tomas Andersonla da sıx əməkdaşlıq edib. Onun lentə aldığı “Buqi gecələr”, “Maqnoliya” və “Ağlı başdan çıxaran məhəbbət” filmlərində müxtəlif rollar alıb. Karyerası ərzində ümumilikdə 147 televiziya, bədii film və seriala çəkilib. Eyni zamanda “Grand Theft Auto: Vice City” və “Grand Theft Auto: Vice City Stories” video oyunlarında Rikardo Diası səsləndirib. Evlidir. Qızı və dörd ögey övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Luis_Guzm%C3%A1n

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç