Herold Perrino

Herold Perrino

Aktyor

BİOQRAFİYA

Harold Perrino 1963-cü ildə Bruklində (Nyu-York, ABŞ) anadan olub. Valideynləri Harold Uilyams və Silviya Perrinodur. Valideynləri heç vaxt ər-arvad münasibətlərini rəsmiləşdirmədiklərinə görə, özünə səhnə adı kimi anasının soyadını götürüb. Perrino Shenandoah Universitetinə daxil olsa da, təhsilini yarımçıq qoyub. Model və aktrisa Brittani Perrino ilə evlidir. Qarışıq irqlərdən olan cütlüyün 3 qız övladları var. Harold Perrino aktyor karyerasına 1986-cı ildə qədəm qoyub. 1990-cı illərdə “Tüstü” (1995), “Son hədd” (1997), “Sürücü” (1999) və digər filmlərdə ikinci plan rollarda iştirak edib. 2000-ci illərdə “Matrisa: Yenidən işə salma” və “Matrisa: İnqilab” elmi-fantastik trillerində, həmçinin Britaniya istehsalı olan “28 həftə sonra” qorxu filmində çəkilib. Harold eyni zamanda “Sağ qalmaq” serialında Maykl Douson rolunu oynayıb. Daha çox “Romeo + Culyetta” filmində Merkutsio və “Sağ qalmaq” serialında Mayk Douson roluna görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç