Conni Huan

Conni Huan

Aktyor

BİOQRAFİYA

Huanq Zinq Yu (kinoda daha çox Conni Huanq adı ilə tanınır) çinli aktyor və modeldir. “Alüdəçi” (2016) və 2018-ci ildə premyerası baş tutan “Qırmızı Dəniz əməliyyatı” filmlərində oynadığı rolları ilə şöhrət qazanıb. Karyerasına model olaraq başlayıb. Aktyor debütü 2016-cı ildə internetdə yayıma çıxarılan “Alüdəçi” dramı ilə gerçəkləşib. Film dörd “mavi” şagirdin həyatından bəhs edir. Film kifayət qədər uğur qazanıb. Habelə homoseksual səhnələrə görə yerli telekanallarda nümayişi qadağan edilib. Növbəti il “Silahlar və Böyrəklər” adlı ilk tammetrajlı bədii filminə çəkilib. Eyni zamanda “Şeytan qızcığazlar 2” fantastik internet dramında ikincidərəcəli rol oynayıb. 2018-ci ildə karyerasının ən uğurlu layihələrindən sayılan “Qırmızı Dəniz əməliyyatı” hərbi filminə baş rola çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Huang_Jingyu


FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç