Co Pantolyano

Co Pantolyano

Aktyor

BİOQRAFİYA

Cozef Piter "Co" Pantoliano 12 sentyabr 1951-ci ildə Hoboken şəhərində (Nyu-Cersi ştatı, ABŞ) italyan ailəsində anadan olub. "Emmi" mükafatının sahibidir. Əsasən "Matriks" və "Suvenir" filmlərindəki satqın rollarını məharətlə canlandırdığına görə məşhurluq qazanıb. Yüzdən çox film və serialda çəkilib. 1987-ci ildə o, Stiven Spilberqin "Günəş imperiyası" filmində Frenk Demarast rolunda çəkilib. 1999-cu ildə məşhur "Matriks" üçlüyündən birinci hissəsində baş rollardan birini, Sayfer rolunu ifa edib. 2003-cü ildə Pantoliano "Soprano ailəsi" teleserialındakı Ralf Sifaretto roluna görə "Emmi" mükafatına layiq görülüb. 2007-ci ilin oktyabrında Co ictimaiyyətə müraciət edərək deyir ki, "Canvas" filmi onu dərin depressiyaya salıb və o belə problemləri olan insanlara yardım üçün cəmiyyət yaratdığını elan edib. Xroniki disleksiyadan əziyyət çəkir (oxumaq qabiliyyəti olmayan). Hal-hazırda keçmiş model xanımı Nensi Şepard və dörd övladı ilə birlikdə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Co_Pantoliano

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç