Temuera Morrison

Temuera Morrison

Aktyor

BİOQRAFİYA

Temuera Morrison 26 dekabr 1960-cı ildə Yeni Zelandiyada Hana və Lori Morrisonun ailəsində doğulub. Şotland, irland və maori (aborigen xalq) köklərinə malikdir. On yaşı olanda ənənəvi maori rəqsləri ilə məşğul olub, 2 il sonra isə aktyor kimi karyerasına başlayıb. Yeni Zelandiyanın müxtəlif reklam çarxlarına, televiziya seriallarına çəkilib. Daha sonra ilk bədii filmi olan “Onlar nə vaxtsa döyüşçü olub” filmində rol alır. 1995–ci illərdə ekranlara çıxan film, ona "ən yaxşı aktyor" nominasiyasında "New Zealand Film" və "TV Awards" mükafatları qazandırıb. Daha çox “Ulduz müharibələri: Epizod II: Klonların hücumu” (2002), “Ulduz müharibələri. Epizod 3: Sitxlərin qisası” (2005), “Yaşıl fənər” (2011), “Onlar nə vaxtsa döyüşçü olub” (1995) filmlərində oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://ru.starwars.wikia.com/wiki/%D0%A2%D0%B5%D0%BC%D1%83%D1%8D%D1%80%D0%B0_%D0%9C%D0%BE%D1%80%D1%80%D0%B8%D1%81%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç