Con Hanna
Aktyor, prodüser
Сon Hanna 23 aprel 1962-ci ildə İst-Kilbrayde (Şotlandiya) əyalətində anadan olub. Ailəsinin sonbeşiyidir. Anası “Marks and Spencer” şirkətində xadimə işləyib, atası çilingər olub. Con Klermon orta məktəbi bitirdikdən sonra elektrik-mühəndisi olmağı planlaşdırıb. Lakin iş elə gətirib ki, tanışlarının məsləhəti ilə yerli teatr dərnəklərindən birinə qoşulub. Sonradan qərarını dəyişərək Şotlandiya Kral Musiqi və Dram akademiyasına daxil olub. Ali təhsilini başa vurduqdan sonra teatr tamaşalarında iştirak etməyə davam edib, qısametrajlı filmlər, teleproqramlara çəkilib. Onların bəzilərində baş rolları ifa edib. 1994-cü ildə “Dörd toy və davamlı yaslar” filmində ona şöhrət qazandıran Metyu rolunu oynayıb. Daha sonra “Həqiqət və Çağırış” trillerində manyak-qatil rolunu oynayıb. Onu dünyada tanıdan rolu “Mumiya” (1999) filmində oynadığı komik və cibgir Conatan rolu olub. 2001-ci ildə filmin sikvelinə çəkilib. 1998-ci ildə Cona “Diqqətli olun, qapılar bağlanır” melodramının çəkilişlərinə dəvət alır. Hanna eyni zamanda “Casus qadın” (2001), “Freyzer (2002), “Karnaval” kimi populyar britaniya teleseriallarına çəkilib. 2010-cu ildə tarixi amerika serialı olan “Spartak: Qan və qum”da Kvint Lentul Batiat rolunu oynayıb. 1996-cı ildə aktrisa Coanna Rotla ailə qurub. Onların birgə nikahdan 2004-cü ildə əkizləri (oğlan və qız) dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Hannah_(actor)