Devid Hirşfelder

Devid Hirşfelder

Bəstəkar, musiqiçi

BİOQRAFİYA

Devid Hirşfelder 18 noyabr 1960-cı ildə Avstraliyanın Ballarat şəhərində anadan olub. Devid uzun müddət cazdan tutmuş pop və roka kimi müxtəlif janrlarda klaviş alətləri ifaçısı olub. 90-cı illərin əvvəllərində ilk dəfə olaraq “Qəlbin kölgələri” adlı serialı üçün musiqi bəstələyib. Bu uğurundan sonra çoxsaylı televiziya və kino layihələrində iştirak edib. Ən tanınmış filmləri: “Onların bədənləri dəyişdirilib”, “Yelizaveta”, “Mübtəlalıq”, “Avstraliya” və “Sanktum” filmləridir. 1999-cu ildə “Yelizaveta” filminin musiqisinə görə “Oskar” mükafatına namizəd olub. Eyni filmə görə daha sonra Britaniyanın BAFTA mükafatına layiq görülüb. O eyni zamanda 2000-ci ildə keçirilən Sidney Olimpiya oyunlarının açılış mərasiminin bəstəkarı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino.mail.ru/person/505602_david_hirschfelder/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç