Saymon Uest
Rejissor, ssenarist, prodüser
Saymon Uest - 1961-ci ildə Britaniyanın Hartfordşir əyalətində anadan olub. Kinematoqrafiyadakı karyerasına 1981-ci ildə BBC telekanalının nümayəndələyində redaktor vəzifəsi ilə başlayıb. Dörd il müddətinə bir çox layihələr üzərində işləyib, “Streyncvey həbsxanası” sənədli filmi və “Soyuq Ev” dramatik serialına görə bir sıra televiziya mükafatlarına layiq görülüb. Karyerasında yüksəliş nöqtəsi 1985-ci ilə təsadüf edir. Daha sonra müstəqil rejissorluqla məşğul olmağa başlayır və bir müddət sonra “Dolly Mixtures” filminin rejissoru və ssenaristi vəzifəsini icra edir. Saymon Uest “Mercury Records” şirkətinin filialı ilə müqavilə bağlayıb və bir sıra videokliplərin, reklam çarxlarının rejissoru kimi fəaliyyət göstərib. 1987-ci ildə “Respectable” sinqlına çəkdiyi kliplə Uest Montre Musiqi Festivalında “Ən yaxşı video” nominasiyasının qalibi olur. 1992-ci ildə eksperimental kino çəkməyə başlayır. Reklam sahəsində əldə etdiyi nailiyyətlərə görə “Clio Awards” mükafatına layiq görülür. Daha sonra isə “İtalian Feast” adlı reklamı ona “Qızıl şir” mükafatı qazandırır. 1997-ci ildən bəri blokbaster filmlərin çəkilişini həyata keçirir. Böyük kinoda ən uğurlu işləri “Səma həbsxanası”, “Lara Kroft: Tomb Raider” filmləri sayılır.
Əlavə məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Simon_West