Pol Haslinger

Pol Haslinger

Bəstəkar

BİOQRAFİYA
Pol Haslinger 11 dekabr 1962-ci ildə Lints şəhərində (Avstriya) anadan olub. Vyanada klassik musiqi üzrə təhsil aldıqdan sonra 1986-cı ildə “Tangerine Dream” alman qrupuna qoşulur. 1991-ci ildə “Canyon Dreams” filminə yazdığı saundtrekə görə “Qremmi” mükafatına namizəd göstərilib. 1992-ci ildə Haslinger qrupu tərk edir və Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) köçür. Pol Haslinger sonradan Hollivudda “The Assembly Room” adlı studiyasını yaradır və “Future Primitive” (1994), “World Without Rules” (1996), “Score” (1999) adlı üç solo albom buraxır. 1998-ci ildə bəstəkar Qrem Revellin komandasına dəvət olunur. “Chinese Box” və sair filmlərdə proqramçı və aranjemançı kimi işləyir. 2003-cü ildə Haslingerin musiqisini yazdığı “Başqa dünya” filmi ən çox gəlir gətirən filmlər sırasına daxil olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Paul_Haslinger

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç