Patrisiya Arkett

Patrisiya Arkett

Aktrisa

BİOQRAFİYA

Patrisiya Arkett 8 aprel 1968-cı ildə Çikaqoda (ABŞ) doğulub. Babası Kliff Arkett kinodramaturq və aktyor olub, atası Lüis Arkett “Haray 2”, “Tanqo və Keş”, “Çin sindromu” filmlərinə çəkilən tanınmış aktyordur. Qardaşları - aktyorlar Devid və Riçmond, bacıları - aktrisalar Aleksis və Rozanna Arkettlərdir. Patrisiya 15 yaşında ailəsini tərk edib. Xarici görünüşü, üz cizgiləri, parlaq, mavi gözləri prodüserlərin və kinorejissorların diqqətini çəkir. 1990-ci illərdə dalbadal bir neçə filmə çəkilən Patrisiya, əsasən, 2005-2011-ci illərdə çəkildiyi “Medium” serialına görə məşhurlaşıb. Həmçinin bu seriala görə aktrisa “Emmi” mükafatına layiq görülüb. 2015-2016-ci illərdə “C.S.I: Cinayət yeri kiberşəbəkə” serialında əsas rollardan birini canlandırıb. Böyük ekranda aktrisanın ən böyük uğuru “Yeniyetməlik” filmindəki rolu ilə olur. Aktrisa bu filmdəki ana roluna görə “Oskar”, BAFTA və bir çox nüfuzlu mükafatlara layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Patricia_Arquette

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç