Genezis Rodriges 29 iyul 1987-ci ildə Mayamidə (Florida ştatı, ABŞ) aktyor Xose Luis Rodriges və fotomodel Karolina Peresin ailəsində dünyaya gəlib. Cütlük qızlarının dünyaya gəlməsindən 10 il sonra evlənib. Rodrigesin atabir iki böyük bacısı var. Genezis 1994-cü ildə “Los-Tiqritosdan klub” serialında rəqqasə rolunu canlandırmaqla debüt edib. 2012-ci ildə Rodriges “Atamın evində” filminə çəkilib. Daha çox “Uçurum astanasında” (Man On a Ledge, 2012), “Xillə” (Tusk – 2014), “48 saat” (Hours, 2013) filmlərində və “Qəhrəmanlar şəhəri” (2014) cizgi filmində canlandırdığı obrazlarla və səsləndirdiyi personajlarla tanınır. Karyerası ərzində 26 televiziya və kino rolu olub. Son çəkildiyi film və seriallar arasında “Sığır çənəsi” (Moose Jaws), “Şira və Güc şəhzadələri” (2018), “Sentiqrad” (Centigrade, 2018), “Keçid” (The Passage , 2018) yer alır. 2012-ci ildə “Uçurum astanasında” filmində oynadığı rola görə ALMA kinomükafatına namizəd olub. Bundan başqa 2012-2015-ci illər ərzində 4 digər nominasiyaları da olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B4%D1%80%D0%B8%D0%B3%D0%B5%D1%81,_%D0%93%D0%B5%D0%BD%D0%B5%D0%B7%D0%B8%D1%81