Kristian Güdgest
Ssenarist, rejissor
Kristian Güdgest 9 fevral 1970-ci ildə Los-Ancelesdə (Kaliforniya, ABŞ) alman-amerikan aktyor Erik Brayden ( Hans Yorq Güdgest adı ilə doğulub) və “Günəşli tətil”in ulduzu Deyl Rasselin ailəsində dünyaya gəlib. Kino sahəsində işləməyə başladıqdan sonra Kristian atasının əsl soyadını götürür və Kristian Güdgest kimi tanınır. Məktəbi bitirdikdən sonra Kristian Kaliforniya universitetinin kino və televiziya bölməsinə qəbul olur. 1992-ci ildə Kristian özünün ilk qısametrajlı filmini - “Kölgə qutusu”nu çəkir. 1993-cü ildə Kristian Pol Şerinqlə birlikdə yazdığı ilk ssenarisini satır. 1997-ci ildə onun ssenarisi əsasında çoxseriyalı “Uğur əsgəri” filmi ekranlara çıxır. Güdgestin işlədiyi ən məşhur filmlərdən biri Babək Nəcəfinin “Londonun süqutu” filmidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: