Siyavuş Şəfiyev

Siyavuş Şəfiyev

Aktyor

BİOQRAFİYA

Siyavuş Şəfiyev 1 sentyabr 1937-ci ildə Füzuli rayonunda anadan olub. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edib. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar. 1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. Burada bir neçə il işlədikdən sonra S.Şəfiyev yenidən Moskvaya çağrılır və məşhur “Səhnədə sirk” Birliyinin quruluşçu rejissoru təyin edilir. Azərbaycan tamaşaçısı onu "Uşaqlığın son gecəsi" filmində Rüstəm, "Əhməd haradadır?" filmində Əhməd obrazı ilə tanıyır. 1990-cı ildə qastrol zamanı keçirdiyi infarktdan sonra sənəti tərk edib. 24 noyabr 2001-ci ildə Moskvada vəfat edib. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/S%C9%99yavu%C5%9F_%C...

 

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç