Mayis Ağabəyov

Mayis Ağabəyov

Rəssam

BİOQRAFİYA

Mayis Ağabəyov 1 May 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir. Azərbaycanın xalq rəssamıdır (2000). Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professorudur. Mais Ağabəyov 2012-ci il aprelin 26-da Təsviri sənət nominasiyasında "Humay" milli mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mayis_A%C4%9Fab%C9%99yov

FİLMOQRAFİYA
Rəssam
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç