Leyli Axundova

Leyli Axundova

Aktrisa

BİOQRAFİYA

Leyli Axundova 1959-cu ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Gəlişi ilə bir ailənin 9 illik övlad həsrətinə son qoyan Leyli ata-anasının sevimlisinə çevrilir, hər cür qayğı və sevgi ilə əhatələnir. Atası İsmət Axundov tanınmış rəssam, anası Ləman xanım isə kimyaçı idi. Buna baxmayaraq Ləman xanım ixtisası üzrə çalışmayıb, evdar xanım olub. Leyli Axundovanın uşaqlığı zəngin bir ailədə keçib, xüsusi tərbiyə alıb. 134 saylı məktəbin rus bölməsində təhsil alıb. 3-cü sinifdə oxuyarkən rejissor Şamil Mahmudbəyovun "Qaraca qız" filmində Ağca rolunda çəkildikdən sonra məşhurlaşan kiçik aktrisa başqa filmlərə çəkilmək üçün aldığı dəvətləri qəbul etməyərək, atası kimi rəssam olmaq qərarına gəlir. “Qaraca qız”da sanki öz həyatını oynadığını söyləyən aktrisa bu filmdən sonra Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız-hesabsız təkliflər alsa da, atası razılıq vermədiyindən bu, onun kinoda ilk və son işi olur. Həm də bu filmə görə “Ağca xanım” “Tutu”dan çox qonorar alıb. Buna səbəb Tutu rolunu iki qızın oynaması olub: “Yadınızdadırsa filmdə Tutunun həm balaca, həm də bir az böyümüş vaxtı var. Ona görə də verilən qonorar iki nəfər arasında bölünmüşdü. Ailənin yeganə övladı olan Leyli Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinifində Tutu rolunun ifaçısı Sevil Zeynalova ilə bərabər dərs alıb. Daha sonra Moskva Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsilini davam etdirib. Atası həmişə istəyirdi ki, rəssam olsun. 30-dan artıq rəsm əsərinin müəllifidir. Həmçinin, musiqi təhsili alan Leyli xanım uzun illər paytaxtdakı 23 nömrəli musiqi məktəbində dərs deyib. O, hazırda Bakı Xoreoqrafiya Məktəbində musiqi müəlliməsi işləyir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Leyli_Axundova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç