Sədayə Mustafayeva

Sədayə Mustafayeva

Aktrisa

BİOQRAFİYA
Sədayə Mustafayeva 15 iyul 1926-cı ildə Şəki şəhərində anadan olub. Beşillik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayıl və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən "İpəkçilik" kombinatında işləməyə başlayır. Boyu çox hündür olduğundan və həmişə də səmaya baxdığından "Günəbaxan Muxtar" adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayır. 13 avqust 2004-cü ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/S%C9%99day%C9%99_Mus...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç