Həbib İsmayılov
Rejissor
Həbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvanda (Azərbaycan) anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib (1931). Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943). 1943-cü ildən kinoda fəaliyyət göstərib. 1927-ci ildə Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil alan unudulmaz sənətkar burada oxuduğu müddətdə böyük rejissor və pedaqoq Stanislavski ilə tanış olur və ondan öyrəndiklərini hər gün özü üçün təcrübə meyarı kimi qeyd edir. O, 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilir. 1943-cü ildən Bakı kinostudiyasında kinoxronika şöbəsinin rəisi kimi fəaliyyətə başlayan rejissor, çoxlu sayda sənədli filmlər lentə alır. Həbib İsmayılov 1958-ci ildə kinoda ilk böyük işi olan “Ögey ana” filmini ekranlaşdırır. 1962-ci ildə isə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında “Böyük dayaq” filmini çəkir. Əməkdar incəsənət xadimi (1960) olub. Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/H%C9%99bib_%C4%B0sma...