Qarret Dillahant

Qarret Dillahant

Aktyor

BİOQRAFİYA

Qarret Dillahant 24 noyabr 1964-cü ildə Kaliforniya ştatının (ABŞ) Kastro-Valli şəhərində doğulub, daha sonra Vaşinqton ştatına köçüb. O, Vaşinqton Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Bir neçə il teatr aktyoru kimi işlədikdən sonra Dillahant televiziya filmlərində və kinoda çəkilməyə can atır. O tez-tez “ABC” və “Showtime”ın qısa seriallarında rol aldıqdan sonra “Dedvud” serialında iki fərqli personaj - 2004-cü ildə fırıldaqçı qumarbaz Cek Makkoll, 2005-ci ildə isə geoloq Frensis Uolkottu canlandırır. Daha sonra “4400” serialında daimi rollardan birini alır. Dillahant “Qorxaq Robert Fordun Cessi Ceymsi öldürməsi”, “Burada qocalara yer yoxdur”, “Yol”, “Soldan sonuncu ev” və “Pələng gücündə” filmlərində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Garret_Dillahunt

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç