Pol Uinfild

Pol Uinfild

Aktyor

BİOQRAFİYA

Pol Uinfild 22 may 1939-cu ildə ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) anadan olub. Anası Luis Beatris Edvards tikiş fabrikində Həmkarlar İttifaqının təşkilatçısı kimi işləyirdi. Atalığı Klarens Uinfild zibilyiğan və tikintidə işləyib. O, Polun anası ilə evlənib və Pola soyadını verib. Pol orta məktəbi “Manual Arts High School” və “Los Angeles City College”də oxuyub, ali təhsilini isə ayrı-ayrı ştatların onlarla universitetində alıb. Bu universitetlərdən ən uzun müddət oxuduğu Portland, Stenford və Kaliforniya universitetləri olub. İlk dəfə ekranlara “Perri Meyson” serialı ilə çıxıb. Böyük ekranda ilk təcrübəsi isə “Who’s Minding the Mint?” filmində olub. Buna baxmayaraq onu adı heç filmin titrlərində də qeyd edilməyib. Onun ilk nəzərə çarpan rolu 1969-cu ildə çəkildiyi “İtirilmiş” filmində olur. 38 ilik kinokaryerası ərzində o, 120-dən çox film və serialda rol alıb. Həyatının son dövrlərində o piylənmədən və şəkər xəstəliyindən əziyyət çəkirdi. 7 mart 2004-cü ildə miokard infarktından vəfat edir. Hollivud-Hills qəbiristanlığında dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Paul_Winfield

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç