Tanilə Əhmərova

Tanilə Əhmərova

Aktrisa

BİOQRAFİYA

Tanilə Əhmərova 1 iyun 1950-ci ildə Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaradıb. Aktrisa "Uzun ömrün akkordları" filmində Üzeyirin anası, "Qaynana" filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə və başqa obrazlar oynayıb. Onun oynadığı obrazlar daxilən saf, təmiz, həyatsevər obrazlardır. Tanilə Əhmərova "Qaynana" filmində canlandırdığı Sevda obrazı ilə xalqın sevimlisinə çevrilir. Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Tanil%C9%99_%C6%8Fhm%C9%99rova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç