İlham Namiq Kamal

İlham Namiq Kamal

Aktyor

BİOQRAFİYA
İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Əslən Şamaxıdandır. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev", Stefan Sveyq), Baş katib ("Sehrli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi", Mirzə Ələkbər Sabirin şeirləri əsasında) rollarını oynayıb. 1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. 25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:



https://az.wikipedia.org/wiki/%C4%B0lham_Namiq_Kamal

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç