Ben Barns

Ben Barns

Aktyor

BİOQRAFİYA

Bencamin Tomas (Ben) 20 avqust 1981-ci ildə Londonda (İngiltərə) anadan olub. Atası professor Tomas Barns-Londonun İmpers kollecində şizofreniya üzrə ixtisaslaşan psixiatrdır. Anası Patrisia Barns ailə və nikah məsələləri üzrə məsləhətçi və terapevtdir. Cek adlı kiçik qardaşı var. Ben 2004-cü ildə Kinqston Universitetini ingilis ədəbiyyatı və dramı ixtisası üzrə bitirib və bakalavr dərəcəsi alıb. 1997-2003-cü illərdə Milli Musiqi Gənclər teatrında işləyib. 2012-ci ildə “Sözlər” dramında rol alır, film üç yazıçının bir-biri ilə sıx bağlılığı olan taleyindən bəhs edir. 2014-cü ildə Ben “Ceki və Rayan” melodramında özünə xasolmayan - səfil obrazını canlandırıb, tənqidçilər Benin musiqi qabiliyyətini yüksək qiymətləndirərək: “Mən peşəkar musiqiçi olduğu üçün filmdə rol aldığını zənn etdiyim Ben Barnsı kəşf etdim”. Həmin ildə Sergey Bodrovun “Yeddinci oğul” filmində Tom Uord rolunda oynayır. 2015-ci ildə “Azadlıq oğulları” tarixi serialında inqilabçı Semüel Adams rolunu canlandırır. Filmdə ümumilikdə aktyor oyunu müsbət qiymətləndirilir, lakin bəzi tarixi hadisələrin həqiqəti əks etdirib-etdirmədiyi baxımından şübhə yaradır. “Narnia salnamələri: Şahzadə Kaspian”, “Narnia salnamələri: Şəfəq fatehi”, “Dorian Qrey” və “Yeddinci oğul” filmlərində oynadığı rollarla məşhurluq qazanıb. Teen Choice Awards, MTV Movie Awards və ABŞ kino aktyorları Gildiyası mükafatı nominantıdır. 2016-cı ildə Ben "Marvel Comics" nəşriyyatının komiksləri əsasında çəkilən “Karatel” serialında Billi Russo rolunu alır. 2019-cu ildə Benin özündən 25 il böyük qadınla eşq macərası yaşayan Bencamin Qoldinq rolunda oynadığı “Qızıl axtaran” serialı ekranlara çıxacaq.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D0%BD%D1%81,_%D0%91%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç