Rafiq Nəsirov
Rəssam
Rafiq Nəsirov 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumunun memarlıq fakültəsinə daxil olub. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsilinə davam edib.1969-cu ildən C.Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub. Azərbaycanın əməkdar artisti (2000) və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adına layiq görülüb (2017).
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: