Bəhruz Vaqifoğlu

Bəhruz Vaqifoğlu

Aktyor

BİOQRAFİYA

Bəhruz Vaqifoğlu 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil alıb. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil alıb. Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atıb, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olub. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilib, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaradıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://az.wikipedia.org/wiki/B%C9%99hruz_Vaqifo%C...


FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç