Polad Bülbüloğlu

Polad Bülbüloğlu

Bəstəkar, müğənni, aktyor

BİOQRAFİYA
Polad Bülbül oğlu Məmmədov (Polad Murtuza oğlu Məmmədov) 4 fevral 1945-ci ildə Bakıda məşhur müğənni Bülbül (1897-1961) və Adelaida Məmmədovanın (1922-2015) ailəsində doğulub. Ana nənəsi gürcü knyazının qızıdır.
Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1989-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-cı ildən), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib (Qara Qarayevin sinfi). Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və sair əsərlərin müəllifidir. 2009-cu ildə Azərbaycanda ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fond tərəfindən "İlin Adamı" elan edilib. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilib. 18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub. Birinci evliliyi 1933-cü il təvəllüdlü Sovet opera müğənnisi Bela Andreyevna Rudenko (lirik soprano) ilə olub. Həmin evlilikdən Teymur adlı oğlu var (1975-ci il təvəllüdlü). Bir vaxtlar P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrdə faqot ifaçısı olan Teymur indi biznesmendir. İkinci həyat yoldaşı Gülnarə Şıxəliyevadır. Qızı Leyla müğənni və aktrisa, oğlu Murtuza isə musiqiçidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Polad_B%C3%BClb%C3%BClo%C4%9Flu

FİLMOQRAFİYA
Bəstəkar
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç