Müşfiq Hətəmov

Müşfiq Hətəmov

Prodüser

BİOQRAFİYA
Müşfiq Hətəmov 6 may 1969-cu ildə Azərbaycanda anadan olub. Ailənin yeganə övladıdır. 1976-1986-cı illərdə orta təhsil alıb. 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub. 1987-1989-cu illərdə ordu sıralarında xidmət edib. 1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda rejissor və aktyor sənətini tədris edib. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olub. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2011-ci ilin dekabrından C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edir. Ailəlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://az.wikipedia.org/wiki/M%C3%BC%C5%9Ffiq_H%C...

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç