Elxan Cəfərov

Elxan Cəfərov

Rejissor

BİOQRAFİYA

Elxan Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olub. Karyerasına 1977-ci ildə uşaq aktyor kimi başlayıb. İlk böyük rolu "Sevinc buxtası" və "Şir evdən getdi" filmində olub. Daha sonra "Mən mahnı qoşuram", "Bağ mövsümü" kimi filmlərdə rol alıb. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” filmində şahzadə rolu da var. Aktyor kimi gənc və orta yaşlarında da filmlərdə çəkilməyə davam edib. Rejissor kimi 1995-ci ildə ilk qısametrajlı "Məbhus" filmi ekran üzü görüb. İlk bədii filmini isə 2007-ci ildə yekunlaşdırıb. Əsəsən döyüş, müharibə, vətənpərvərlik mövzusunda filmlərlə yadda qalan Elxan Cəfərov ard-arda "Qarabağdır Azərbaycan" (2009), "Əlavə təsir" (2010), "Dolu" (2012), "Yarımçıq xatirələr" filmlərini ərsəyə gətirib. Ssenarist Mailə Muradxanlının oğludur.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://az.wikipedia.org/wiki/Elxan_C%C9%99f%C9%99...


FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç