Oliver Parker

Oliver Parker

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Oliver Parker 6 sentyabr 1960-cı ildə Londonda (Böyük Britaniya) anadan olub. Parkerin ən məşhur filmi kimi Keyt Blanşett, Minni Drayver, Rupert Everest və Culianna Murun iştirakı ilə çəkilmiş “İdeal ər” (1999) komediyasını göstərmək olar. Film BAFTA mükafatına, Rupert Everest və Culianna Mur isə “Qızıl Qlobus”a namizəd göstərilib. 2002-ci ildə Parker Oskar Uayldın yaradıcılığına müraciət edir. “Ciddi olmaq necə vacibdir” filmində o yenidən rollara Rupert Everesti və Kolin Förtü dəvət edir. Kolin Fört onun Oskar Uayldın əsəri əsasında çəkdiyi növbəti filmi - “Dorian Qreydə”də də rol alır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Oliver_Parker



FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç