Cəmil Quliyev
Rejissor, aktyor
Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində, AzTV-nin 80-90-cı illərdə sədri işləmiş Elşad Quliyevin ailəsində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ xalq artistləri A.Alov və V.Naumovun sinifi) bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayır. 1998- 2006-cı illərdə həmin institutun “Kino və televiziya sənəti” kafedrasının müdiri olub. 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə "Mədəniyyət" kanalının baş direktoru olub. 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2009-cü ildən Beynəlxalq Muzeylər Şurasının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2013-cü il aprelin 23-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/C%C9%99mil_Quliyev_(rejissor)