Gündüz Abbasov

Gündüz Abbasov

Aktyor

BİOQRAFİYA
Gündüz Şəmsəddin oğlu Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra aktyor müxtəlif filmlərdə yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olmuşdu. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır.
Gündüz Abbasov iki dəfə ailə həyatı qurub. O, aktrisa Ofeliya Məmmmədzadə (1939-2007) ilə beş il evli qalıb. Bu nikahdan iki qızı, bir oğlu olub. Övladlarını anası Mələk Cabbarova böyüdüb. 1969-cu ildə Tamara Abbasova ilə ailə qurub və bu nikahdan bir oğlu, bir qızı dünyaya gəlib. 10 il sonra cütlük boşanıb və aktyor ömrünün sonuna kimi evlənməyib. Gündüz Abbasov 21 avqust 1995-ci ildə qaraciyər serrozundan vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/G%C3%BCnd%C3%BCz_Abbasov
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç