Əli Qurbanov

Əli Qurbanov

Aktyor

BİOQRAFİYA

Əli Qurbanov 1898-ci ildə Tbilisi şəhərində dünyaya gəlib. Əli Qurbanov aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlayıb. O, ilk dəfə M.Sənaninin təkidi ilə Həvəskarların "Gaveyi-Ahəngar" tamaşasında yalnız bircə kəlmə ("Gedək") sözü ilə səhnəyə çıxıb. Bu ildən (1915) sonra isə M.Sənaninin təşəbbüsü ilə hazırlanmış "Məşədi İbad" tamaşasında Əli Qurbanov Rüstəmbəy rolunu kifayət qədər yaxşı oynayır. Məlahətli səsi onun muvəffəqiyyətini daha da artırır. Bu hadisədən sonra Əliyə maraq daha da artır. Aktyor 40 ildən artıq C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində çəkilib. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaradıb. 1962-ci ildə 14 oktyabrda dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Fli_Qurbanov
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç