Andrey Fayt

Andrey Fayt

Aktyor

BİOQRAFİYA
Andrey Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. Kinoya ilk dəfə 1924-cü ildə “Göyərçinlərin evi” filmində çəkilib. Fayt hələ gəncliyində “Hərarətli şəlalə” şeirlər kitabını nəşr etdirib. Alyoşa Maslennikovun “Böyük Degeneratovların nicatı” pyesinin tamaşaya qoyulmasından sonra aktyor olacağı ilə bağlı qəti qərar verib. O, “Sovet kinosunun başlıca cinayətkarı” kimi yadda qalıb. Müxtəlif cinayətkar obrazlarını yaradıb, bunların arasında xarici agentlərdən tutmuş zalım cadugərlər də olub. Azərbaycan tamaşaçısı Andrey Faytı "Bir qalanın sirri" və "Uzaq sahillərdə" filmlərindən tanıyır. 
Andrey Fayt iki dəfə evlənib. O, 1928-ci ildən 1930-cu ilədək tanınmış artist Qalina Kravçenko ilə evli olub. İkinci arvadı Mariya Brilinqdən kinorejissor olan oğlu Yuli dünyaya gəlib. Görkəmli aktyor 72 yaşında 16 yanvar 1976-cı ildə vəfat edib. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Andrey_Fayt
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç