Məmmədhüseyn Təhmasib

Məmmədhüseyn Təhmasib

Ssenarist, yazıçı

BİOQRAFİYA
Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində (Azərbaycan) anadan olub. Görkəmli rejissor və aktyor Rza Təhmasibin (1894-1980) kiçik qardaşıdır. Ümumiyyətlə, ailədə üç uşaq olublar, Rza Təhmasibdən başqa Cəmilə adlı bacısı olub. Bakı Pedoqoji Texnikumunu bitirib (1923-1927). Üç il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib (1930-1933). Ədəbi yaradıcılığa 1934-cü ildən başlayıb. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirib. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyniadlı filmlər çəkilib. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulub. "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1965). 1946-1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışıb. Məmmədhüseyn Təhmasibin həyat yoldaşı çox sevdiyi Bilqeyis xanım olub. Cütlüyün Şəfiq və Çingiz adlı oğulları olub. Hər ikisi vəfat edib. Məmmədhüseyn Təhmasib oktyabrın 5-də Bakıda vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.


Ərtaflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99dh%C3%BCseyn_T%C9%99hmasib
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç