Tamara Çernova

Tamara Çernova

Aktrisa

BİOQRAFİYA
Tamara Çernova 1928-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) dünyaya gəlib. Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olub. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı əkiz bacısı və Klara adlı böyük bacısı olub. 1947-ci ildə Kiyevdə rus teatrının teatr studiyasını bitirmiş, daha sonra Leninqrada yollanaraq burada Teatr institutunun aktyorluq fakültəsinə qəbul olunub və bir ilə yaxın burada təhsil alıb. 1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlara çıxan "Qoçaq insanlar" ("Смелые люди") filmində debüt edən Tamara dərhal məşhurlaşdı. Həmin il ailə quran aktrisa tezliklə ana olduğu üçün yeni filmlərdə çəkilmək təkliflərinə razı olmurdu. Bu filmin təqdimatından sonra o, Moskva Bədii Akademik Teatrının (Московский художественный академический театр) məktəb studiyasının ikinci kursuna qəbul olunur. Buranı 1953-cü ildə bitirdikdən sonra Mossovet adına Teatrın truppasında fəaliyyətə başlayır.1955-ci ildə "Bakı kinostudiyası"nın çəkdiyi "Bəxtiyar" filmində Saşa rolunu ifa edir və Rəşid Behbudovun tərəf-müqabili olur. 1991-ci ildə səhhətindəki problemlərlə əlaqədar teatrdan ayrılan Tamara Çernova hazırda ABŞ-da yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Tamara_%C3%87ernova

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç