Ağahüseyn Cavadov

Ağahüseyn Cavadov

Aktyor

BİOQRAFİYA

Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində (indiki Xırdalan şəhəri) doğulub. Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizodik rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib. Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində bir çox rollar canlandırıb. O, "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (rəmmal), "Sehrli xalat" (vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (xırdavatçı) və sair filmlərə çəkilib. Aktyor 1931-ci ildə Respublikanın əməkdar artisti, 4 dekabr 1938-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/A%C4%9Fah%C3%BCseyn_...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç