Ceyson Sudeykis

Ceyson Sudeykis

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Deniel Ceyson Sudeykis 18 sentyabr 1975-ci ildə Virciniya ştatının Ferfakse şəhərində (ABŞ) anadan olub. Litva, irland və alman əsillidir. Balaca uşaq olanda ailəsi Kanzas ştatına köçüb. Bu bölgəni aktyor doğma yurdu sayır. Belə ki, uşaqlığının böyük hissəsi məhz Kanzasda keçib. İbtidai məktəbi bitirdikdən sonra Müqəddəs Xaç Katolik məktəbində oxuyub. Ardınca Şouni Mişın adlı ali məktəbdə təhsil alıb. 90-cı illərdə əsas çıxışlarını improvizasiya üzərində quran "ComedySportz" adlı truppaya daxil olub. İlk rolunu Ceyson 1998-ci ilin fantastik komediyası olan “Yadplanetli qisasçılar 2 “ filmində qazanıb. Növbəti daha yaddaqalan rolları “Filadelfiyada hava daima günəşlidir” və “30 sarsıntı” seriallarında olub. Bütün bu rollar epizodik olsa belə, karyerasında tramplin rolunu oynayıb. Ona məşhurluq qazandıran əsasən “Bir dəfə Veqasda” (2008), “Dözülməz rəislər” (2010), “Dözülməz rəislər 2”, “Sevgi məsafəsində”, “Biz Millerlərik” (2013) komediya filmləridir. Eyni zamanda yüksək reytinqli (2010), “Kəllə ovçusu” filmində ikinci dərəcəli rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Sudeikis

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç