Andrey Mironov

Andrey Mironov

Aktyor

BİOQRAFİYA

Andrey Mironov 7 mart 1941-ci ildə Moskva şəhərində (Rusiya) anadan olub. Tanınmış estrada artistləri Aleksandr Seminoviç Menaker və Mariya Vladimirovna Mironovanın övladıdır. Artist 7 mart tarixində anadan olsa da, valideynləri doğum tarixini 8 mart yazdırır və belə bir ifadə işlədirlər: "Andrey - 8 mart üçün qadınlara bir hədiyyədir". 1948-ci ildə Moskva şəhər 170 saylı Oğlanlar Məktəbində birinci sinfə gedib. 1950-ci ildə valideynləri onun soyadını dəyişib Mironov adlandırıblar. İlk dəfə 1952-ci ildə “Sadko” filminin aktyor seçimlərinə qatılan Andreyin bu cəhdi uğursuz alınıb. 1960-ci ildə rejissor Yuli Rayzmanın “Bəs bu sevgidirsə?” ekran əsəri ilə kinoda debüt edib. 1969-cu il 28 apreldə “Brilyant əl” filminin premyerası olur və film kinoteatrlarda dövrünə görə rekord sayda tamaşaçı (76 milyon 700 min) tərəfindən izlənilir. 14 avqust 1987-ci ildə Riqada teatr qastrolunda olarkən, “Fiqaronun toyu” tamaşasının son səhnəsinə yaxın Mironov səhnədə huşunu itirib. Onu kulisə aparıblar və təcili yardım çağırıblar. Aktyor yerli Qaylzzers xəstəxanasının neyrocərahiyyə bölməsinə yerləşdirilib və beyininə qansızma diaqnozu qoyulub. İki gün sonra, 16 avqust 1987-ci ildə aktyor dünyasını dəyişib. Andrey Mironov iki dəfə evli olub. Qızı Mariya Mironova Rusiyanın xalq artistidir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Andrey_Mironov

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç